Bakıda yük maşını dirəyə çırpılıb, xəsarət alan var

Bakıda yük maşını dirəyə çırpılıb, xəsarət alan var Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı dirəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsus
Hadisə
18 Sentyabr , 2021 08:34
Bakıda yük maşını dirəyə çırpılıb, xəsarət alan var

Bakıda yol qəzasl olub.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində ”Shacman” markalı yük avtomobilinin yol kənarındakı dirəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi