Yuxarı

​Bakıda yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb

Çökmənin hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra məlum olacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün saat 08:20 radələrində Bakının Xətai rayonunda “Kamaz” markalı yük avtomobili yerin çökməsi nəticəsində yarıya qədər torpağa batıb. “Report”un xəbərinə görə, Gəncə prospekti-103 ünvanında yerləşən binanın arxasında baş verən hadisə zamanı yük avtomobili mişar daşı ilə dolu olub.

Sürücü xəsarət almayıb.

Çökmənin hansı səbəblərdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi