Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb - YENİLƏNİB

Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb - YENİLƏNİB Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
15 Noyabr , 2016 12:00
Bakıda yük avtomobili yeniyetmənin üstündən keçərək onu öldürüb - YENİLƏNİB

ilk xəbər sat 09:34-də yayımlanıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən 14 yaşlı oğlanı yük avtomobili vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, "Shacman" markalı avtomobil 2002-ci il təvvəllüdlü Səid Eyvazovu vuraraq üstündən keçib. S.Eyvazov "Təcili yardım" maşını ilə xəstəxanaya aparılarkən ölüb.

Qəzanı törədən "Shacman" markalı yük avtomobilinin sürücüsü Nurlan Şirinov saxlanılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi