Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib Qadın çoxsaylı sınıq xəsarətləri alıb
Hadisə
30 İyun , 2018 08:24
Bakıda yük avtomobili yaşlı qadını vuraraq ağır xəsarət yetirib

Bakı. 30 iyun. REPORT.AZ/ Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

1965-ci il təvəllüdlü Gülməmmədova Narın Cəlil qızı yolu keçərkən onu kiçik tutumlu yük avtomobili vurub. Qadın çoxsaylı sınıq xəsarətləri alıb. 

O, dərhal təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsində araşdırılır.

Son xəbərlər

Orphus sistemi