Yuxarı

Bakıda yük avtomobili qatarla toqquşub

Hadisə zamanı sürücü xəsarət alıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda yük avtomobili qatarla toqquşub.

"Report"un məlumatına görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Məhəmmədi qəsəbəsində 62 yaşlı Quliyev Vaqif Əsədağa oğlu idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə dəmir yol xəttində hərəkətdə olan qatarı gözləməyib. Nəticədə qatar yük avtomobilinə çırpılıb. 

Hadisə zamanı sürücü V. Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi