Bakıda yük avtomobili kişinin üzərindən keçib, bədəni hissələrə ayrılıb

Bakıda yük avtomobili kişinin üzərindən keçib, bədəni hissələrə ayrılıb Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə
13 Yanvar , 2020 23:45
Bakıda yük avtomobili kişinin üzərindən keçib, bədəni hissələrə ayrılıb

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib. 

Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi