Bakıda yük avtomobili beton maneəyə çırpılıb.
"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Belə ki, Binəqədi rayonu ərazisində "QAZel" markalı yük avtomobilinin beton maneəyə çırpılıb və xilasedici köməyinə ehtiyac yaranıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1964-cü il təvəllüdlü Quliyev Nazim Əhliman oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.