Yuxarı

Bakıda yük avtomobili aşaraq yanıb, bir nəfər xəsarət alıb

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Qazel" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili tibbi yardım xidmətinə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi