Bakıda yük avtomobili 42 yaşlı kişini vuraraq öldürdü

Bakıda yük avtomobili 42 yaşlı kişini vuraraq öldürdü Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
14 Mart , 2021 19:00
Bakıda yük avtomobili 42 yaşlı kişini vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə “20 Yanvar” Metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, şəxsi avtomobilinə minmək istəyən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Nəticədə 42 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi