Bakı. 10 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 24 yaşlı Nəzirli Tahir Mahir oğlu Nobel prospektində yolüstü keçidin altından keçən zaman onu avtomobil vurub.
Nəticədə T.Nəzirli xəsarət alaraq sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.