Bakıda yolun müəyyən edilməmiş hissəsindən keçən gənc oğlanı avtomobil vurub

Bakıda yolun müəyyən edilməmiş hissəsindən keçən gənc oğlanı avtomobil vurub Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
8 Avqust , 2018 04:07
Bakıda yolun müəyyən edilməmiş hissəsindən keçən gənc oğlanı avtomobil vurub

Bakı. 8 avqust. REPORT.AZ/ Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə metronun Nəriman Nərimov stansiyasının yaxınlığında baş verib.

1991-ci il təvəllüdlü Yusifov Yunis Ədalət oğlu piyadalar üçün müəyyən edilməmiş hissədən keçərkən onu minik avtomobili vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi