​Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polisə xəsarət yetirib

​Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polisə xəsarət yetirib Həmin gənc saxlanılıb
Hadisə
2 Mart , 2016 13:50
​Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polisə xəsarət yetirib

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda yolu düzgün keçmədiyinə görə cərimələnən şəxs polis əməkdaşlarına müqavimət göstərib. “Report”un əldə etdiyi məlumata görə, hadisə “Azadlıq” prospektində qeydə alınıb.

Belə ki, həmin ərazidə yolu piyadalar üçün müəyyən edilməmiş yerdən keçdiyi üçün Lənkəran şəhər sakini, 21 yaşlı Peyman Yusifli barəsində polis əməkdaşları tərəfindən protokol tərtib edilib. Buna etiraz edən P.Yusifli cibindəki bıçağı çıxararaq polis əməkdaşlarına hədə-qorxu gəlib. Bu zaman o, polis serjantlarından birinə əl və baş nahiyəsindən xəsarət yetirib.

P.Yusifli saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi