Bakı. 2 fevral. REPORT.AZ/ Bakının Suraxanı rayonu ərazisində piyadanı maşın vurub.
“Report” xəbər verir ki, hadisə 1965-ci il təvəllüdlü İsmayılov Rafiq Tofiq oğlu yolu keçərkən baş verib.
Minik avtomobilinin vurduğu piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.