Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb
Hadisə
2 Fevral , 2018 05:58
Bakıda yolu keçmək istəyən qadını avtomobil vurub

Bakı. 2 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, 37 yaşlı Şirbidova Fərqanə Ramazan qızı Bakıxanov qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi