​Bakıda yolu keçmək istəyən qadın piyada vurulub

​Bakıda yolu keçmək istəyən qadın piyada vurulub Hadisə Nobel prospektində qeydə alınıb
Hadisə
24 Yanvar , 2015 00:58
​Bakıda yolu keçmək istəyən qadın piyada vurulub

Bakı. 24 yanvar. REPORT.AZ/ Bakıda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Suraxanı rayon sakini Elxan İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobil ilə yolu keçmək istəyən 45 yaşlı Babazadə Sevda Əli qızını vurub.

Hadisə yerinə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Qəza yerinə Xətai rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları gəlib. Şahidlərin verdiyi məlumata görə, piyada Sevda Babazadə qəfil yola çıxıb. Sürücü qəzadan yayınmaq istəsə də, bu mümkün olmayıb.

Qeyd edək ki, qəza baş verən yerdən təxminən 100 metr aralıda piyada keçidi yerləşir. Ağır kəllə-beyin tramvası ilə xəstəxanaya aparılan 45 yaşlı qadının vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi