Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub

Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb
Hadisə
5 May , 2017 08:28
Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Əhməd Rəcəb küçəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü, Bayramov İlham Bayram oğlunu motosiklet vurub.

Nəticədə ağır xəsarət alan İ.Bayramov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi