Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub, sürücü qaçıb

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub, sürücü qaçıb Hadisə 9-cu mikrorayon ərazisində baş verib
Hadisə
5 Mart , 2018 03:32
Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub, sürücü qaçıb

Bakı. 5 mart. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Nəzərov Kamal Atabala oğlunu rayonun 9-cu mikrorayonu ərazisində yolu keçərkən minik avtomobili vurub.

Piyadanın xəsarət aldığını görən sürücü hadisə yerindən qaçıb.

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi