Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub Hadisəni törədən sürücü saxlanılıb
Hadisə
27 İyul , 2017 05:12
Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub
Report.az

Bakı. 27 iyul. REPORT.AZ/ Gecə saatlarında paytaxtın Xəzər rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

"Report" xəbər verir Maştağa-Buzovna yolunda 35 yaşlı İsmayıl adlı şəxs digər tərəfə keçmək istəyərkən Elxan Mehdiyevin idarə etdiyi "VAZ-21 099" markalı minik avtomobili tərəfindən vurulub.

Piyada ağır xəsarət alıb. Hadisəni törədən sürücü ağır xəsarət alan İsmayılı 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb. Həkimlər onu əməliyyat etdikdən sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdiriblər. Yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən sürücü E.Mehdiyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi