Bakıda yolu keçmək istəyən gənci avtomobil vurub

Bakıda yolu keçmək istəyən gənci avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Avqust , 2017 11:49
Bakıda yolu keçmək istəyən gənci avtomobil vurub

Bakı. 15 avqust. REPORT.AZ/ Bakıda yolu keçmək istəyən gənci maşın vurub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "Azadlıq" prospekti ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində taksi xidməti ilə məşğul olan 10-PU-931 dövlət nömrə nişanlı “VAZ” markalı avtomobil yolu keçmək istəyən 20-25 yaşlarında olan gənci vurub. Sürücü yaralını xəstəxanaya çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi