Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub

Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub Hər iki halda yaralı sürücü tərəfindən xəstəxanaya yerləşdirilib
Hadisə
19 May , 2017 06:55
Bakıda yolu keçmək istəyən 2 qadını avtomobil vurub

Bakı. 19 may. REPORT.AZ/ Bakının Nəsimi və Nərimanov rayonları ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

"Report" xəbər verir ki, ilk hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən 1979-cü il təvəllüdlü Nuriyeva Bahar Vaqif qızını "Mercedes" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib.

Digər hadisə Nəsimi rayonunda yerləşən Dədə Qorqud parkı yaxınlığında qeydə alınıb. Yolu keçmək istəyən 1954-cü il təvəllüdlü Qasımova Məxbulə Musa qızını avtomobil vurub. Yaralı, sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi