Bakıda yolu keçən qadını avtomobil vurub

Bakıda yolu keçən qadını avtomobil vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Aprel , 2020 21:55
Bakıda yolu keçən qadını avtomobil vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Musayeva Mehriban Siyavuş qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona müştərək travma diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi