Bakıda yolu keçən gənci avtomobil vurdu

Bakıda yolu keçən gənci avtomobil vurdu ​​​​​​​Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
17 Mart , 2021 05:05
Bakıda yolu keçən gənci avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Abışov Nadir Məhəmməd oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Ona bel-omba nahiyəsinin əziyi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi