Bakıda yolu keçən ata və bir yaşlı oğlunu avtomobil vurub

Bakıda yolu keçən ata və bir yaşlı oğlunu avtomobil vurub Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
203
2 May , 2022 03:47
Bakıda yolu keçən ata və bir yaşlı oğlunu avtomobil vurub

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində “Opel” markalı avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Mahmudov Elşən Mehman oğlunu və 1 yaşlı körpəsini vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Körpəyə ilkin yardım göstərilib və o, evə buraxılıb. E. Mahmudovun isə vəziyyəti ağır olaraq qalır.

Hadisənin təfərrüatı araşdırılır

Son xəbərlər

Orphus sistemi