Bakıda “Yollarda ölümsüz bir gün!” devizi altında aksiya keçirilib - FOTO

Bakıda “Yollarda ölümsüz bir gün!” devizi altında aksiya keçirilib - FOTO Vaqif Əsədov: “Keçirdiyimiz tədbirlərdə vətəndaş-polis münasibətlərinə xüsusi diqqət yetirilir”
Hadisə
23 Sentyabr , 2016 17:41
Bakıda “Yollarda ölümsüz bir gün!” devizi altında aksiya keçirilib - FOTO

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi ilə birgə "Yollarda ölümsüz bir gün!" devizi altında Yasamal rayonunda (Beşmərtəbə dairəsi) aksiya keçirilib.

"Report"un xəbərinə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun nəzarəti ilə uşaqlar sırada düzgün yerişi, küçəkeçmə qaydalarını nümayiş etdiriblər, yol hərəkəti qaydalarına əməl etməyən sürücü və piyadaları dayandırıblar. Sürücülərə avtomobil sürərkən, piyadalara isə yol keçərkən ehtiyatlı olmağı xatırladıblar.

Vaqif Əsədov "Report"a açıqlamasında deyib ki, dərs ilinin başlanması ilə əlaqədar uşaqların həyat və sağlamlığının qorunması məqsədilə tədbirlər görülür: "Bu istiqamətdə bir neçə tədbir keçirmişik. Neqativ halların azalmasına baxmayaraq, bu cür davam tədbirlər davam etdirilməlidir. Keçirdiyimiz tədbirlərdə vətəndaş-polis münasibətlərinə xüsusi diqqət yetirilir. Yol hərəkəti haqqında qaydalar hər bir hərəkət iştirakçısı tərəfindən mənimsənilməlidir. Burada məsuliyyət hiss artırılmalıdır. Bizim işimiz təkcə məsuliyyətə cəlb etmək deyil, həm də təbliğat aparırıq".

Qeyd edək ki, aksiya sentyabrın 20-də başlayıb. Bu müddət ərzində aksiyada 500 şagird iştirak edib.

Son xəbərlər

Orphus sistemi