Bakıda yol qəzasında polis xəsarət alıb

Bakıda yol qəzasında polis xəsarət alıb Bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar olub.
Hadisə
4 Fevral , 2023 17:26
Bakıda yol qəzasında polis xəsarət alıb

Bakıda yol qəzasında polis xəsarət alıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17 radələrində paytaxtın Nizami rayonunda “Rang-Rover” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Nəticədə “Opel” markalı avtomobilin sərnişini olan polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi