Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Əliyev Azad Kamran oğlu ağır bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sağ qolun açıq yerdəyişən sınığı və sağ bazu sümüyünün sınıqları diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.