Bakıda yol qəzasında 34 yaşlı kişinin ayağı sındı

Bakıda yol qəzasında 34 yaşlı kişinin ayağı sındı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
24 Aprel , 2021 01:56
Bakıda yol qəzasında 34 yaşlı kişinin ayağı sındı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Gəncə prospektində iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Namazov Arzuman Fazil oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol ayağın sınığı diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi