Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB Hadisə Nərimanov rayonunda baş verib
Hadisə
1731
13 Oktyabr , 2017 10:07
Bakıda yol qəzasına baxan sürücü özü qəza törədib, 1 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB
Report

Video əlavə olunub


*** 08:41

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "90-XH-956" dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobili idarə edən sürücü yolun digər tərəfində baş verən qəzaya baxarkən işıqforun qırmızı işığında dayanan "90-ZL-722" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobilə çırpılıb.

Nəticədə "Volkswage"nin sürücüsü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi