Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb - VİDEO - YENİLƏNİB

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb - VİDEO - YENİLƏNİB Araşdırmalar davam etdirilir
Hadisə
14 Aprel , 2017 09:44
Bakıda ağır yol qəzası baş verib, 3 nəfər yanaraq ölüb - VİDEO - YENİLƏNİB
Report.az

*** saat 09:16

Bakı. 14 aprel. REPORT.AZ/ Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Zığ şosesində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobil "KİA" markalı maşınla toqquşub. Hadisə zamanı "VAZ 2107" markalı avtomaşın alışaraq yanıb. 

Hadisə yerində FHN-in Dövlət Yanğınsöndürmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. FHN-dən "Report"a bildirilib ki, hadisə zamanı "VAZ 2107"-də olan hər üç sərnişin yanaraq ölüb. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi