Bakıda yol qəzası zamanı 3 nəfər xəsarət alıb

Bakıda yol qəzası zamanı 3 nəfər xəsarət alıb Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
19 May , 2019 01:05
Bakıda yol qəzası zamanı 3 nəfər xəsarət alıb

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Kürdəxanı yolunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı Seyfullayev Aydın (60 yaş), Zeynalov Seymur (32 yaş) və Bəylər Kərimov (40 yaş) xəsarət alıblar. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Yaralılardan A.Seyfullayevin xəsarəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi