Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Hadisə zamanı 2 nəfər xəsarət alıb
Hadisə
553
30 Mart , 2018 14:55
Bakıda yol qəzası olub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Foto: "Report"

Video əlavə olunub


23:00

Bakı. 29 mart. REPORT.AZ/ Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə aeroport şossesinin Sabunçu rayonu ərazisinə düşən hisəsində qeydə alınıb.

Mərkəzdən Sabunçu körpüsü istiqamətində hərəkətdə olan 90-OV-204 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü qəza xəbərdarlıq işığını yandıraraq avtomaşını yol kənarında saxlayıb. Arxa istiqamətdə yüksək sürətlə hərəkətdə olan 99-GT-169 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil "Niva"ya çırpılıb.

Digər "Opel" markalı avtomaşın isə hər iki nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Niva"da olan iki nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Foto: Ruslan Məmmədov


***21:57

Bakı Metropoliteninin "Koroğlu" stansiyasından Hava limanı istiqamətində avtomagistralda (Sabunçu körpüsünə çatmamış) ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

O, qeyd edib ki, hazırda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi