Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda yol qəzası olub, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
121
19 Sentyabr , 2021 05:51
Bakıda yol qəzası olub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. A.M.Şərifzadə prospektində iki avtomobilin toqquşması nəticəsində 1978-ci il təvəllüdlü Əliquliyev Fuad Ramiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması və sol əlin sınığı diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi