Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var.
"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsi Qurbanov küçəsində 30 yaşlı Əliyev Ceyhun Rəşid oğlunun idarə etdiyi "BMW" markalı avtomobillə "Daewoo" markalı maşın toqquşub. Qəza nəticəsində C.Əliyev ağır xəsarət alıb.
Yaralı Təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Avtoqəza ilə bağlı avtoekspertiza təyin edilib. Sürücülərin izahatı alınıb. Araşdırma aparılır.