Bakıda "Kamaz" "VAZ"la toqquşub, ölən var

Bakıda "Kamaz" "VAZ"la toqquşub, ölən var Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə
9 Oktyabr , 2019 02:05
Bakıda Kamaz VAZla toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi