Bakıda yol qəzası olub, ölən var

Bakıda yol qəzası olub, ölən var Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
6 Aprel , 2020 09:52
Bakıda yol qəzası olub, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə aprelin 5-də paytaxtın Sabunçu rayon ərazisində qeydə alınıb.

Belə ki, Yahya Əmirovun idarə etdiyi "BMV-530" markalı avtomobil Adil Budaqov idarə etdiyi "Opel Astra" markalı avtomobillə toqquşub. Nəticədə "Opel Astra" markalı avtomobildə olan sərnişin, 1963-cü il təvəllüldü Elcavan Ağayev xəstəxanaya aparılıb və orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi