Bakıda yol qəzası olub, ölən var

Bakıda yol qəzası olub, ölən var Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.
Hadisə
20 Aprel , 2018 08:53
Bakıda yol qəzası olub, ölən var

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

"Report" FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb. 

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Son xəbərlər

Orphus sistemi