Bakıda avtomobil işıq dirəyinə çırpıldı, xəsarət alanlar var

Bakıda avtomobil işıq dirəyinə çırpıldı, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
29 Aprel , 2020 23:13
Bakıda avtomobil işıq dirəyinə çırpıldı, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Mərdəkan qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan 1979-cu il təvəllüdlü Məmmədov Xudaverdi Tofiq oğlu və 1989-cu il təvəllüdlü Mütəllibov Şahin Aydın oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi