Bakıda yol qəzası oldu, ölən var

Bakıda yol qəzası oldu, ölən var Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
2 Mart , 2020 08:01
Bakıda yol qəzası oldu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

A.Şərifzadə küçəsində 1980-ci il təvəllüdlü Abdullayev Daşqın Allahyar oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qarşısına piyada çıxıb. Bu zaman sürücü idarəetməni itirib. Nəticədə avtomobil beton maneəyə çırpılıb.

Hadisə zamanı D.Abdullayev ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi