Bakıda yol qəzası nəticəsində işıq dirəyi aşıb - FOTO

Bakıda yol qəzası nəticəsində işıq dirəyi aşıb - FOTO Hadisə yerinə DYP əməkdaşları gəlib
Hadisə
19 Avqust , 2016 13:55
Bakıda yol qəzası nəticəsində işıq dirəyi aşıb - FOTO

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, “Papanin” kimi tanınan ərazidə “Range Rover” və “Mercedes Benz” markalı avtomobillər toqquşub.

Daha sonra “Mercedes Benz” yol ayrıcındakı yol nişanı və işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Hadisə yerinə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi