Ziya Bünyadov prospektində yol qəzası olub, yolda tıxac yaranıb - FOTO

Ziya Bünyadov prospektində yol qəzası olub, yolda tıxac yaranıb - FOTO Bakıda yol qəzası baş verib.
Hadisə
159
28 Noyabr , 2019 09:52
Ziya Bünyadov prospektində yol qəzası olub, yolda tıxac yaranıb - FOTO

Bakıda yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində yerləşən "Çerment körpüsü"nün üzərində baş verib.

Belə ki, 99-RL-161 nömrəli dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili 99-EA-139 nömrəli dövlət qeydiyyat nişanlı “Opel” markalı minik avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib, xəsarət alan olmayıb.

Hadisə zamanı yolda 30 dəqiqədən artıq tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Foto: Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi