Bakıda MTRŞ-nın hüquqşünası yol qəzasında ölüb - ƏLAVƏ OLUNUB

Bakıda MTRŞ-nın hüquqşünası yol qəzasında ölüb - ƏLAVƏ OLUNUB Qəzada ölən şəxs Milli Televiziya və Radio Şurasının Hüquq şöbəsinin əməkdaşı Toğrul Mirzəzadədir
Hadisə
214
3 İyun , 2017 18:47
Bakıda MTRŞ-nın hüquqşünası yol qəzasında ölüb - ƏLAVƏ OLUNUB

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 90-FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşını "Harley Davidson" markalı, 10-A-919 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Nəticədə motosiklet bir neçə metr məsafədə sürüşərək aşıb, sürücü isə aldığı ağır xəsarətdən hadisə yerindəcə ölüb. 

Xətai Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, qəzada ölən şəxs Milli Televiziya və Radio Şurasının Hüquq şöbəsinin əməkdaşı, vəkil Toğrul Mirzəzadədir.  

Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.