Yuxarı

Bakıda yol polisinə xəsarət yetirən şəxs həbs olunub

Onun barəsində cinayət işi başlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda yol polisinə xəsarət yetirən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 19-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat  22:00 radələrində, Cavadxan küçəsində Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidmətinin inspektorunun qanuni tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib, naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi