Yuxarı
    Bağlamaq

    Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib - FOTO

    Tofiq Ağayevin həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb© "Report"

    Bakı. 7 avqust. REPORT.AZ/ Bakıda yol polisi xəstə sərnişini ölümdən xilas edib.

    "Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

    Belə ki, yol patrul xidmətinin 5-ci tağımın əməkdaşları keçmiş "Komsomol dairəsi" kimi tanınan ərazidə xidmət göstərən zaman "BMW" markalı avtomobil onlara yaxınlaşıb. Avtomobilin sürücüsü nəqliyyat vasitəsində xəstə sərnişinin olduğunu deyərək, polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib.

    Yol patrul xidmətinin əməkdaşları dərhal avtomobildə infarkt keçirmiş 1956-cı il təvəllüdlü Ağayev Tofiq Heybətulla oğlunu xidməti avtomobillə 3 saylı Şəhər Kliniki Xəstəxanasının Terapiya şöbəsinə çatdırıblar.  

    Xəstəyə həkimlər tərəfindən tibbi yardım göstərilib və bununla da onun həyatı üçün yaranmış təhlükə aradan qaldırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi