Bakıda yol polisi piyadanı vurub

Bakıda yol polisi piyadanı vurub Yol polisinin idarə etdiyi avtomobil daha sonra "Toyota" markalı maşına çırpılıb
Hadisə
221
25 Oktyabr , 2016 16:33
Bakıda yol polisi piyadanı vurub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bakıda Yol Patrul Xidmətinin (YPX) inspektoru idarə etdiyi avtomobillə piyadanı vurub.

"Report"un xəbərinə görə, hadisə Zərdabi küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Allahverdiyev idarə etdiyi "Niva" markalı avtomobili ilə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Nafilə Qədirlini vurub. Ağır xəsarət alan N.Qədirli Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanlarının hadisə yerinə baxışı zamanı müəyyən edilib ki, R.Allahverdiyev piyadanı vurmamaq üçün manevr etmək istəyib. Piyada vurulduqdan sonra "Niva" markalı avtomobil Oruc İmanıyevin idarə etdiyi "Toyota" markalı maşına çırpılıb.

Qeyd edək ki, R.Allahverdiyev Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYP) 1-ci Tağımının Yol Patrul Xidmətinin (YPX) inspektoru vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi