Bakıda yıxılaraq xəsarət alan şəxs 13 gün sonra ölüb

Bakıda yıxılaraq xəsarət alan şəxs 13 gün sonra ölüb 28 avqust tarixində yıxılaraq ağır xəsarətlər alan Bakıxanov qəsəbə sakini Həsənov Toğrul bu gecə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.
Hadisə
9 Sentyabr , 2019 08:16
Bakıda yıxılaraq xəsarət alan şəxs 13 gün sonra ölüb

28 avqust tarixində yıxılaraq ağır xəsarətlər alan Bakıxanov qəsəbə sakini Həsənov Toğrul bu gecə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

"Report"un məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən 43 yaşlı xəstə dünyasını dəyişib.

Qeyd edək ki, Həsənov Toğrul içkili vəziyyətdə yıxılaraq ağır xəsarətlər alıb. O, öncə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alıb. Lakin həkimlərin müayinəsindən sonra ona kəllə-beyin travması qoyulub və müalicəsini davam etdirmək üçün Travmatologiya şöbəsinə yerləşdirilmişdi. 

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi