Yuxarı

​Bakıda yeznəsinin evindən 45 min ABŞ dolları oğurlamış şəxs tutulub

Oğurluq hadisəsi 9 gün əvvəl baş verib

Bakı. 27 fevral. REPORT.AZ/ Bakıda yeznəsinin mənzilindən oğurluq etmiş şəxs tutulub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 000 ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.

Xatırladaq ki, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.

Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi