Bakıda yeznəsini “Vinçester”lə güllələyən şəxsin məhkəməsi başlayır

Bakıda yeznəsini “Vinçester”lə güllələyən şəxsin məhkəməsi başlayır Bakıda yeznəsini öldürməkdə təqsirləndirilən Rauf Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 Oktyabr , 2019 10:24
Bakıda yeznəsini “Vinçester”lə güllələyən şəxsin məhkəməsi başlayır

Bakıda yeznəsini öldürməkdə təqsirləndirilən Rauf Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

Rauf Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi “Vinçester” markalı silah da üzərində olub və ondan götürülüb.

R.Şirinova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi