Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Hadisə
28 May , 2019 14:37
Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda yeznəsini bıçaqlamaqda təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib. 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.

Mübahisə dava ilə nəticələnib. Nəticədə B.Yaqubov E.Məsimova 7 bıçaq zərbəsi vurub. Yaralı koma vəziyyətində 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi