Bakıda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər saxlanılıb

Bakıda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər saxlanılıb Paytaxtın Xətai rayonunda yetkinlik yaşına çatmayan 2 nəfərə qarşı soyğunçuluq edən dəstə üzvləri saxlanılıblar.
Hadisə
10 Noyabr , 2022 10:17
Bakıda yetkinlik yaşına çatmayanlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinənlər saxlanılıb

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Oruc Abbasov və yetkinlik yaşına çatmayan daha 3 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, Oruc Abbasovun başçılıq etdiyi dəstə üzvləri metronun “Əhmədli” stansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda iki nəfərin qarşısını kəsərək zərərçəkənlərin dəyəri 800 və 300 manat olan mobil telefonlarını soyğunçuluq yolu ilə əldə ediblər.

Faktlarla bağlı Oruc Abbasov və digərləri barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Xətai Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi