Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : "Tələsirəm", "Görmədim", "Bir də olmaz..." - VİDEOREPORTAJ

Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : "Tələsirəm", "Görmədim", "Bir də olmaz..." - VİDEOREPORTAJ "Report" 6 yerüstü piyada keçidinin olduğu ərazidən reportaj hazırlayıb
Hadisə
27 Sentyabr , 2017 12:31
Bakıda yerüstü keçiddən istifadə etməyən piyadalar : Tələsirəm, Görmədim, Bir də olmaz... - VİDEOREPORTAJ
Report

Bakı. 27 sentyabr. REPORT.AZ/ Vətəndaşların yerüstü piyada keçidindən istifadə etməmələri bir sıra hallarda ölüm və xəsarətlərlə nəticələnir.

"Report"un məlumatına görə, keçən ay baş verən, piyada vurulması ilə nəticələnən avtoqəzaların bir qismi piyada keçidinin altında və yaxınlığında baş verib.

"Report" Xətai rayonu, Nobel prospektində qeyd olunan problemi araşdırmaq məqsədi ilə videoreportaj hazırlayıb. Həmin ərazidə 6 yerüstü piyada keçidinin olmasına baxmayaraq, piyadaların çoxu onlardan istifadə etmir, nəqliyyat üçün nəzərdə tutulmuş yoldan keçirlər. 

Çəkilişin aparıldığı 1 saat ərzində 48 nəfər piyada keçidi vasitəsilə deyil, avtomobillərin sürətlə hərəkət etdiyi yoldan istifadə edərək yolu keçiblər, onların içərisində ailə üzvləri, hətta körpə uşağı ilə keçənlər də olub. Həmin vətəndaşların əksəriyyəti özlərini haqlı çıxarmağa çalışıblar, bəziləri piyada keçidini görmədiyini bildiriblər. 

"Niyə keçiddən istifadə etmirsiniz, həyatınızı təhlükəyə atırsınız?" sualına ən çox verilən cavablar isə belədir: "Tələsirəm", "Görmədim", "Birdə olmaz"...

Son xəbərlər

Orphus sistemi